Nigeriyada 80 məktəbli qız xilas edilib


Dünya 22 Fev 2018 08:03:00 243 0

Nigeriyada 80 məktəbli qız xilas edilib

Nigeriya ordusu "Boko Haram" silahlılarının ölkənin Dapçi kəndinə (Yobe ştatı) hücumundan sonra itkin düşmüş məktəbli qızların təxminən 80-i xilas edib.

Trend-in "CNN"ə istinadən verdiyi məlumata görə, qızalr Borno və Yobe ştatlarının sərhədində yerləşən şəhərdə aşkar edilib. Xilas edilən qızların dəqiq sayı bu gün bildiriləcək.

"Reuters" agentliyinin məlumatına əsasən, Nigeriya ordusu 76 məktəbli qızı xilas edib və 2-nin cəsədini aşkar edib.