ABŞ Rusiya ilə böyük hərbi sazişlər bağlayan ölkələri hədələyib


Dünya 22 Fev 2018 08:10:00 223 0

ABŞ Rusiya ilə böyük hərbi sazişlər bağlayan ölkələri hədələyib

Amerika Moskvanın 3 mlrd. dollar məbləğində müxtəlif sövdələşmələr imzalamasının qarşısını alıb

Birləşmiş Ştatlar digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə günü Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən "Franc-Press" məlumat yayıb.