32 yaşlı qadın 1000 kobra ilə birlikdə yaşayır VİDEO


Digərləri 21 Fev 2018 22:55:00 303 0

32 yaşlı qadın 1000 kobra ilə birlikdə yaşayır  VİDEO

Hu Syaosanı "Kobra kraliçası" adlandırırlar. Səbəb 32 yaşlı bu qadının 1000 kobra ilə birlikdə yaşamasıdır.

Son.az AsiaOne-a istinadən bildirir ki, Çinin Çunsin vilayətində yaşayan Hunun ilan bəsləmə və yetişdirmə ferması var.

"Hər səhər ilanların otaqlarını təmizləyirəm, havanı dəyişirəm. İlanların qoyduqları dəriləri satıram, onların zəhərlərindən "ilan şərabı" hazırlayıram", - Hu deyib.

Onun sözlərinə görə, həddən artıq təhlükəli və çox zəhərli ilan olan kobralarla davranış zamanı ehtiyatlı olmağa çalışır.