Hamilə qadınlara onlayn tibbi nəzarət ediləcək VİDEO


Digərləri 21 Fev 2018 21:27:00 265 0

Hamilə qadınlara onlayn tibbi nəzarət ediləcək  VİDEO

Artıq heç bir hamilə qadın tibbi nəzarətdən kənar qalmayacaq. Ana və uşaq sağlamlığının profilaktikası onlayn formada həyata keçiriləcək.

Son.az bildirir ki, vaxtında müayinədən keçməyən hamilə qadınlarda və dünayaya gələn körpələrdə bir sıra hallarda ciddi problemlər yaradırdı. Bu kimi halların qarşısını almaq üçün komunukuasiya texnologiyalarının imkanlarından da geniş istifadə ediləcək. Artıq Səhiyyə Nazirliyi paytaxt Bakıda belə bir sistemin tətbiqinə başlayıb. Söhbət hamilə qadınlara onlayn nəzarət sistemindən gedir.

Bu isə mərkəzdən istənilən pasient haqda təfərrüatlı məlumat əldə etmək imkanı yaradır. Üstəlik, vaxtaşırı müayinədən keçməyən şəxslərin olub-olmamasını da sisitem üzə çıxarır.

Mütəxəsislərin sözlərinə görə, elektron sistemin tətbiqinin bir sıra üstünlükləri olacaq. Belə ki, hamilə qadınların vaxtında aşkarlanması onlara nəzarətin gücləndirilməsi və sağlam körpələrin dünyaya gəlməsində böyük rol oynayacaq.