Türkiyə Gürcüstandan idxal olunan bəzi məhsullara tətbiq etdiyi kvotanı ləğv edib
Dünya 21 Fev 2018 20:35:57 250 0
2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib
“Report”un Gürcüstan bürosu bu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, bu barədə razılıq fevralın 21-də Ankarada Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi arasında keçirilən görüşdə əldə olunub.
Görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin artırılması barədə razılıq əldə olunub. Türkiyə tərəfi Gürcüstanın sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini bildirib.
Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib.