İraq Rusiyadan S400 almaq istəyir


Dünya 21 Fev 2018 20:50:00 208 0

İraq Rusiyadan S400 almaq istəyir

İraqdan olan nümayəndə heyəti "S-400" zenit-raket sistemlərinin alınması üçün danışıqlar aparmaq məqsədilə Rusiyaya səfər edəcək.

Son.az virtualaz-a istinadən xəbər verir ki, "Asharq Al-Awsat" qəzeti qarşıdakı danışıqlarda daha əvvəl Moskva ilə imzalanmış sazişlərə daxil edilməyən "S-400" raket sistemlərinin tədarükü məsələsinin müzakirə ediləcəyini yazıb.

Məlumata görə, buna qədər İŞİD yaraqlıları ilə mübarizə üçün Rusiyadan silah almaqla kifayətlənən İraq artıq müasir hava hücumundan müdafiə sistemləri olan qonşularından geri qalmaq istəmir.