Tbilisidə güclü yanğın baş verib - FOTO - VİDEO


Dünya 21 Fev 2018 18:24:00 215 0

Tbilisidə güclü yanğın baş verib - FOTO - VİDEO

Əraziyə 18 yanğınsöndürən avtomobil və təcili tibbi yardım maşınları cəlb olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu hadisə yerindən xəbər verir ki, yanğın paytaxtın Eristavi küçəsində, “Didube” metro stansiyasının yaxınlığındakı Kirov adına zavodun anbarında qeydə alınıb.

Anbardakı yüngül sənaye, eləcə də, plastik və sintetik mallar yanır. Ətrafı qatı tüstü dumanı bürüyüb. 

Əraziyə 18 yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Yanğının başvermə səbəbi bilinmir.