Park Cinema təqdim edir: "Dünyanın bütün pulları" filminin dünya premyerasından iki gün öncə nümayişi


Digərləri 21 Fev 2018 17:50:00 310 0

Park Cinema təqdim edir: "Dünyanın bütün pulları" filminin dünya premyerasından iki gün öncə nümayişi

Park Cinema növbəti dəfə izləyicilərinə dünya premyerasından bir neçə gün öncə film izləmək imkanı yaratdı. 20 fevral  Park Cinema Flame Towers kinoteatrında baş tutmuş dünya premyerasından 3 gün öncədən nümayiş dostlarımıza, media nümayəndələrinə, həmçinin tanınmış bloggerlərə ilin ən çox filmlərindən birini izləmə imkanını yaratdı.  

Əsas mövzusu 1973-cü ildə on altı yaşlı III Jan Pol Gettin (Çarli Plammer) qaçırılması kimi real hadisəyə dayanan Con Pirsonun "Pol Getti. İzdirablı milyonlar" əsəri əsasında Ridli Skot tərəfindən lentə alınmış "Dünyanın bütün pulları" filmi  əslində qaçırılmadan daha çox puldan: pulun gücü və özü ilə gətirdiyi bəlalardan bəhs edir.

İmperiyasına Getty Oil neft şirkəti və 200-dən çox digər müəssisələrin daxil olduğu amerikalı Pol Getti (Kristofer Plammer) tarixin ilk dollarlı milyaderlərindən biri olur. Lakin onun nəvəsi qaçırıldıqda, o nəvəsini pul qarşılığında xilas etməkdən imtina edir.