Tbilisidə güclü yanğın baş verib - FOTO


Dünya 21 Fev 2018 17:12:00 217 0

Tbilisidə güclü yanğın baş verib - FOTO

Əraziyə 18 yanğınsöndürən avtomobil və təcili tibbi yardım maşınları cəlb olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu hadisə yerindən xəbər verir ki, yanğın paytaxtın Eristavi küçəsində, “Didube” metro stansiyasının yaxınlığında baş verib. 

Hadisə döşək anbarında qeydə alınıb. Ətrafı qatı tüstü bürüyüb. 

Əraziyə 18 yanğınsöndürən avtomobil və təcili tibbi yardım maşınları cəlb olunub.