Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb (FOTO)


Digərləri 21 Fev 2018 15:54:00 216 0

Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb (FOTO)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Bakı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. DQİDK-dən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb. Ölkələrimizin digər sahələrdə olduğu kimi din sahəsində də əlaqələrinin genişləndirilməsinin perspektivlərini diqqətə çatdıran M.Qurbanlı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.