Türkiyədə heyvanlara pasport veriləcək


Digərləri 21 Fev 2018 15:37:00 225 0

Türkiyədə heyvanlara pasport veriləcək

Türkiyədə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin qərarı ilə heyvanların pasportlaşması prosesi başlayıb.

Bakı. Rufiz Hafizoğlu - Türkiyədə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin qərarı ilə heyvanların pasportlaşması prosesi başlayıb. Trend-in məlumatına görə, müvafiq sənədlər təkdırnaqlı heyvanlara, o cümlədən at, uzunqulaq və digər heyvanlara veriləcək. 2019-cu ilin dekabrın 31-dən heyvanlarda bu sənədlərin olması məcburi hesab olunacaq.