Manatın məzənnəsinin sabitləşməsi valyuta satışını kəskin azaldıb


Digərləri 21 Fev 2018 15:22:00 253 0

Manatın məzənnəsinin sabitləşməsi valyuta satışını kəskin azaldıb

2017-ci il ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun formalaşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.

Bildirilir ki, tədiyyə balansının yaxşılaşması, ixracın genişlənməsi və idxalın əvəz edilməsi siyasəti nəticəsində valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib.