SOCAR analitik metanolun istehsalına başlayıb


Digərləri 21 Fev 2018 15:26:44 209 0

SOCAR analitik metanolun istehsalına başlayıb

SOCAR yeni istehlak məhsulu - analitik metanolun istehsalına başlayıb

Bakı. SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlayıb. SOCAR-dan Trend-ə verilən məlumata görə, bununla da Azərbaycanın qaz kimya sənayesində ilk dəfə olaraq, son istehlak məhsullarının istehsalına start verilib. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda “SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanıb və ilkin satış həyata keçirilib. Əlamətdar haldır ki, “SOCAR Methanol” MMC-nin istehsal etdiyi analitik metanol məhsulu SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır.