91 yaşlı kraliça moda şousuna qatıldı FOTO


Digərləri 21 Fev 2018 15:17:00 262 0

91 yaşlı kraliça moda şousuna qatıldı  FOTO

Böyük Britaniyanın kraliçası, 91 yaşlı 2-ci Yelizaveta Londonda keçirilən "London Fashion Week" moda şousu çərçivəsində "Richard Quinn" brendinin yeni kolleksiyasının təqdimatına qatılıb.

Son.az The Guardian-a istinadən bildirir ki, ilk sırada oturmuş kraliçanın solunda "Vogue US" jurnalının baş redaktoru Anna Vintur, sağında isə Britaniya Moda Şurasının (British Fashion Council) rəhbəri Kerolayn Raş əyləşmişdilər.

A.Vintur "Alexander McQueen" brendinin əsəri olan 8 min dollarlıq donda idi.

A.Vintur etiketi pozub və kraliçanın yanında oturmasına rəğmən, gün eynəyində olub.