ABŞ səfirliyi məcburi köçkünlərin təhsili istiqamətində uzunmüddətli dəstək göstərməyə davam edir


Digərləri 21 Fev 2018 15:19:02 152 0

ABŞ səfirliyi məcburi köçkünlərin təhsili istiqamətində uzunmüddətli dəstək göstərməyə davam edir

ABŞ səfiri Robert F.Sekuta və xanımı Anna Sekuta, o cümlədən ABŞ səfirliyinin Hərbi Əməkdaşlıq Şöbəsi tərəfindən Komandir Jay Mihal və Mayor Stephen Garvin Yeni Qalada səfirliyin dəstəyi ilə inşa edilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş məktəbə səfər ediblər.

Bakı. Xəzər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovun müşayiəti ilə ABŞ səfiri Robert F.Sekuta və xanımı Anna Sekuta, o cümlədən ABŞ səfirliyinin Hərbi Əməkdaşlıq Şöbəsi tərəfindən Komandir Jay Mihal və Mayor Stephen Garvin Yeni Qalada səfirliyin dəstəyi ilə 2007-ci ilin fevral ayının 21-də inşa edilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş məktəbə səfər ediblər. Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər zamanı səfir və xanım Sekuta məktəb kitabxanasına həm ingilis, həm azərbaycan dillərində dünya klassiklərinin və uşaq kitablarından ibarət “Amerikan Rəfi” adlı böyük kitab kolleksiyası hədiyyə ediblər. Şagirdlər bir neçə şeir və mahnılar söyləyib və cəmiyyətə göstərdiyi dəstəyə görə səfirliyə minnətdarlıq məqsədilə səfirə oyulmuş daş təqdim ediblər.