İbrahim Kalın: "Türkiyənin top atəşindən sonra 40-50 avtomobildən ibarət karvan geri çəkildi"


Dünya 21 Fev 2018 13:34:19 229 0

İbrahim Kalın: "Türkiyənin top atəşindən sonra 40-50 avtomobildən ibarət karvan geri çəkildi"

"PYD/YPG ilə Bəşşar Əsəd rejimi arasında iddia edildiyi kimi, bir anlaşmanın olduğundan söz gedə bilməz"

“Hələb yaxınlığından Afrinin cənub hissəsinə, oradan isə şəhər mərkəzinə girməyə təşəbbüs göstərən 40-50 avtomobildən ibarət karvan top atəşindən sonra geri çəkildi”.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Türkiyə Silahlı Qüvvələrinin fevralın 21-də yaydığı açıqlamaya əsasən, 1780 terrorçu zərərsizləşdirilib. “Zeytun budağı” əməliyyatı Afrin və ətrafındakı terror ünsürləri zərərsizləşdirilənədək davam edəcək. “Əsəd rejimi ilə YPG arasında anlaşma imzalandı ” deyə xəbərlər yayıldı. Biz məsələyə ehtiyatla yanaşılmasının vacibliyini bildirdik”, - sözçü vurğulayıb.

Onun sözlərinə görə, PYD/YPG ilə Bəşşar Əsəd rejimi arasında iddia edildiyi kimi, bir anlaşmanın olduğundan söz gedə bilməz: “Anlaşma olsa belə Türkiyə olaraq əməliyyatla bağlı planlarımızı eyni qətiyyətlə davam etdirəcəyik. Rejim və ya başqa ünsürlərin bu addımlarının çox ağır nəticəsi olacaq”.