18 yaşlı qız Barbiyə bənzəmək istəyir


Digərləri 21 Fev 2018 13:33:00 304 0

18 yaşlı qız Barbiyə bənzəmək istəyir

Çexiyanın paytaxtı Praqada yaşayan 18 yaşlı Qabriela Jirakova nəyin bahasına olursa-olsun, Barbi kuklasına bənzəməyə çalışır.

Son.az European-a istinadən bildirir ki, o, zahirən Barbiyə tam bənzəmək üçün hər ay təxminən 1200 avro məbləğində pulu plastik cərrahiyyə əməliyyatlarına sərf edir.

Pulları Qabrielanın valideynləri verirlər.

Qabriela saçlarının uzunluğunu artırır, dodaqlarına və bədəninin müxtəlif əzalarına silikonlar qoydurur, permanent makiyaj edir.

Bu yaxınlarda isə o, sinəsinin ölçüsünü artırmaq üçün cərrahiyyə əməliyyatına məruz qalıb.