Bakı sakinləri 35 kiloqram narkotik vasitəyə görə saxlanılıb (FOTO)


Digərləri 21 Fev 2018 13:15:00 226 0

Bakı sakinləri 35 kiloqram narkotik vasitəyə görə saxlanılıb (FOTO)

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Bakı. Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini, əvvəllər məhkum olunmuş Əliyusif Məmmədov 99,865 qram marixuananı satan zaman cinayət başında saxlanılıb. İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlavə olaraq 6,523 qram marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun yaşadığı mənzilə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Bu zaman həmin evdən hazır qablaşdırılmış formada olan külli miqdarda – 31 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.