Binəqədi Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib (FOTO)


Digərləri 21 Fev 2018 12:31:00 235 0

Binəqədi Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib (FOTO)

Fevralın 20-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Ağsaqqallar Şurasının konfransı keçirilib.

Bakı. Fevralın 20-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Ağsaqqallar Şurasının konfransı keçirilib. İca Hakimiyyətindən Trend-ə verilən məlumata görə, konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Binəqədi Rayon Prokuroru Nazim İmanov, Aparatın şöbə müdirləri, Ağsaqqallar şurasının üzvləri, BRİH başçısı yanında İctimai Şuranın üzvləri, ictimai birliklərin rayon şöbələrinin rəhbərləri, və ASAN könüllüləri iştirak ediblər. Konfransı Rayon Ağsaqqallar Şurasının sədri A.Rəfiyev açıq elan edərək, giriş sözü ilə çıxış etdikdən sonra, YAP Binəqədi Rayon Təşkilatının sədri R.Göyüşovun konfransa sədrlik etməsini təklif etdi. Konfransın sədri seçilmiş R.Göyüşov Konfransa katib seçilməli olduğunu bildirib və Şura üzvü Y.Vəliyevin konfransın katibinin seçilib. Daha sonra Konfransda R.Göyüşov Konfransın gündəliyini təklif edib və qəbul edilib. Ağsaqqallar Şurasının sədri A.Rəfiyev ötən dövrün hesabatını təqdim etdikdən sonra hesabat ətrafında çıxışçılara yer verildi. BRİH başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Biləcəri qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev ötən dövr ərzində görülən işlər barəsində çıxış edib.