Türkiyənin iki hərbçisi şəhid olub


Dünya 21 Fev 2018 12:19:55 218 0

Türkiyənin iki hərbçisi şəhid olub

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır

 Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.

“Report” İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Hakkari əyalətinin valisi Cüneyt Orhan Toprak bildirib.

Onun sözlərinə görə, hadisə İraqın şimalında Karireş bölgəsində baş verib.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.