Günün qoroskopu: əfsuslar olsun ki, gün yetərincə uğurlu deyil


Digərləri 21 Fev 2018 00:01:00 260 0

Günün qoroskopu: əfsuslar olsun ki, gün yetərincə uğurlu deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - istənilən danışıqlar və müzakirələr üçün əlverişli vaxtdır. Fikirlərinizi dəqiq izhar edin. Kimsənin mənafelərinə toxunmadan maraqlarınızı müdafiə edin.

İşdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Kadr dəyişiklikləri istisna deyil. Mövqeləriniz daha da möhkəmlənəcək. Yeni ideyalar peyda olacaq və onların bir qismini reallaşdıra biləcəksiniz. Həmin ideyalar yalnız sizin üçün sərfəli deyil.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı nümayiş etdirə biləcəksiniz.

Sənədlərin imzalanması, sövdələşmə və müzakirələrdə sayıq, ehtiyatlı olun.

Buğa - hadisələrin məcra etdiyi istiqamətdən asılı olmayaraq təmkininizi pozmayın, soyuqqanlı davranın. Emosiyaların köləsinə çevrilməsəniz olaylar sonucda siz istəyən istiqamətdə və yöndə olacaq.

Düşünülmüş addımlar iş yoldaşları və rəhbərliklə münaqişələrdən yayınmağa imkan verəcək. Yaxşı məsləhətlərə qulaq asın. Boş söhbətlərə, puç iddialara və absurd tələblərə qulaq asmayın.

Yaxşı tanımadığınız insanlar yaşamınıza müdaxilə etməyə cəhd göstərəcəklər. Köhnə dostlarla görüş istisna deyil. Ümumi biznes-layihənin müzakirəsi başlana bilər.

Axşam saatlarında romantik anlar yaşanacaq. Amma bu hisslər ciddi olmayacaq.

Əkizlər - yaradıcı fəaliyyət üçün əlverişli gündür. Sadə həllər və sınanmış metodlar sizi təmin etməyəcək.

Hətta ən rutin işləri yaxın ətrafınızdakı insanları təəccübləndirəcək şəkildə görməyə çalışmayın. Fəaliyyət sahəsinin genişlənməsi istsina deyil. İşdə yeni tapşırıqlar peyda olacaq.

Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Ailə üzvləri və qohumlardan biri ilə münasibətlərdə gərginlik yarana bilər. Sülhün bərqərar olması üçün güzəştə gedin.

Xərçəng - aktiv və zəhmətkeş olun. İntensiv iş sizə məqsədə çatmağa imkan verəcək. Çətin problemlər, mühüm qərarları təkbaşına qəbul etmək perspektivi sizi çəkindirməsin.

Planlaşdırma, prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı müşküllər yarana bilər. Amma narahat olmayın, təmkinli davranın. Diqqətə layiq olmayan işlərə vaxt ayırmayın.

Yeni layihələrə başlamaqdan qorxmayın.

Yeni iş, sifariş və ya layihə potensialınızı tam nümayiş etdirməyə imkan verəcək.

Şəxsi münasibətlər müstəvisində yaranan problemi həll edəcək, sevimli insanla münasibətləri qaydaya salacaqsınız.

Axşam saatları aktiv istirahəti seçin. Evdə çalışın və ya gəzintiyə çıxın.

Şir - günün emosional fonu əlverişlidir. Axşam saatlarına qədər xoş əhvalınızı pozmayın. Nikbin olun, problemlərin əksəriyyətini həll edə biləcəyinizi düşünün.

Yaxın ətrafınızdakı insanlar sizə can atır. Yeni təmaslar, əlaqələr və tanışlıqlar istsina deyil. Bu gün çox işin öhdəsindən gələcəksiniz. Vaxtınızı hədər işlərə və puç xülyalara sərf etməyin.

Sifarişi və ya işi vaxtında yerinə yetirin. Pul əvəzinə boş vəd verilən işə baş qoşmayın.

Maliyyə fonu pis deyil. Alış-verişdə qənaətlə davranmaya bilərsiniz.

Dəvət aldığınız tədbirə qatılın. Həmkarlar və iş yoldaşları ilə axşam saatlarında qeyri-rəsmi təmaslar xeyirli ola bilər.

Qız - çox narahat, səksəkəli gündür. İşlə məşğul olmaq asan deyil. Fikriniz başqa yerdədir, diqqətiniz dağınıqdır.

Dərhal həll olunmasını tələb edən şəxsi problemlər var. İşdə münaqişə və ya mübahisə yaranarsa, aqressiv olmayın. Belə davransanız, bədxahların sayı daha da artacaq.

Mümkün qədər uzaq durmağa çalışdığınız insanlardan biri işlərinizə qarışmağa, sərt müdaxiləyə can atacaq.

Yaxınlarınızla çətin olsa da, mübahisələrdən yayının. Bu gün münaqişənin heç bir səbəb olmadan yarandığını düşünsəniz də, problemin dərin kökləri var.

Alış-verişdə bədxərclik etməyin.