İmam Səccadın oğlu Zeydin qeyrəti


Digərləri 20 Fev 2018 23:55:00 291 0

İmam Səccadın oğlu Zeydin qeyrəti

Zeyd - İmam Səccadın (ə) oğlu idi və dövrünün ən cəsur insanlarından olmuşdur.

Bir gün Zeyd eşidir ki, Bəni-Üməyyənin süvari məmurları Həzrət Zəhra (s) haqqında mənfi ifadələr deyirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Zeyd o qədər əsəbiləşir və narahat olur ki, özündən asılı olmadan ağlayır. Öz dostlarına deyir: "Məgər elə bir kəs yoxdur ki, HəzrətZəhra (s.ə) üçün qəzəblənsin? Məgər elə kəs yoxdur ki, Həzrət Peyğəmbər (s) üçün qəzəblənsin?".

Zeydin dostlarından biri onun sözlərindən təsirlənir və həmin məmuru tapır. Qılıncını çəkir və şücaətli şəkildə həmin pis söz deyən atlının üstünə hücum edir. Onu cəhənnəmə vasil edib, geri qayıdır.