Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?


Digərləri 20 Fev 2018 23:30:00 219 0

Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?

“Klinik laboratoriyanın müdiri Aygün Alxasova elmlər namizədi olmasına və uzun illər işləməsinə baxmayaraq, indiyə qədər bilmir ki, yararlılıq müddəti keçmiş reaktiv va testlər işlədilə bilməz, çünki onlarla aparılan müayinələr dürüst olmur.

Bakı. İlhamə İsabalayeva - “Klinik laboratoriyanın müdiri Aygün Alxasova elmlər namizədi olmasına və uzun illər işləməsinə baxmayaraq, indiyə qədər bilmir ki, yararlılıq müddəti keçmiş reaktiv va testlər işlədilə bilməz, çünki onlarla aparılan müayinələr dürüst olmur. Bu haqda ona yoxlama zamanı 3 dəfə xəbərdarlıq edilsə də, Səhiyyə Nazirliyindən gələn komissiya bunu qeyd etsə də, bu ilin yanvar ayında klinik laboratoriyada yenə də vaxtı keçmiş 8 qutu bahalı test sistemi aşkarlanıb və aktlaşdırılıb". Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova rəhbərlik etdiyi tibb müəssisəsi ilə bağlı səslənən ittihamlara aydınlıq gətirərkən deyib. Direktorun sözlərinə görə, bu irada cavab olaraq A.Alxasova test sistemlərinin alındığı firmanın tövsiyəsini əsas gətirib: "O deyir ki, həmin test sistemlərini vaxtı keçəndan sonra da istifadə etmək olar. Savadlı həkim belə söz deyərmi?! Bundan sonra belə həkimin laboratoriya müdiri vəzifəsində işləməsinin düzgün olmadığına qərar verildi". H.Qədirova bildirib ki, institutda 400-ə qədər işçi çalışır və onların böyük əksəriyyəti normal fəaliyyət göstərir. Lakin qayda-qanuna riayət etmək istəməyən 6-7 nəfər başqa məqsədlər güdür. Xəbərdarlıqlara baxmayaraq, bəzi həkimlar öz çirkin işlərini davam etdirdiklərinə görə müxtəlif növ intizam tənbehləri tətbiq olunub: