Sperma allergiyası nədir? –


Digərləri 20 Fev 2018 22:33:00 358 0

Sperma allergiyası nədir? –

Bir çox hallarda partnyorlar arasında cinsi əlaqədən sonra müəyyən narahatlıqlar ortaya çıxır. Qadınlarda aşınma, qıcıqlanma, qaşınma kimi hallar yaranır.

Son.az lent.az-a istinadən problemlə bağlı türkiyəli mütəxəssis Sinan Akkurtun məsləhətlərini diqqətinizə çatdırır.

Həkim məlumat verir ki, sperma allergiyası, cinsi əlaqədən sonra kişinin spermasına və ya spermanın mayesinə qarşı qadındakı vaginal dəyişikliklərə deyilir. Əlamətləri vaginada yanma, şişmə, ağrı, qaşıntı, qızartı kimi bilinən klassik allergiya əlamətləri ilə eynidir. Bəzən bütün bədəndə, üzdə, qolda, yaxud ayaqda da allergiya əlamətlərinə rast gəlinir. Bu, daha çox allergik baxımdan həssas olan şəxslərdə olur.