Yəhudi aktrisa müsəlman qızdan ötrü səsləndi:


Digərləri 20 Fev 2018 22:21:00 279 0

Yəhudi aktrisa müsəlman qızdan ötrü səsləndi:

İrlandiyalı rəssam portretin aşağısına "Bu qız əsl möcüzədir" şüarı yazıb

Əslən yəhudi olan amerikalı komediya aktrisası Sarah Silverman, İsrail ordusunun həbs etdiyi fələstinli Ahed Tamimiyə dəstək çıxıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o bu barədə özünün "Twitter" səhifəsində yazıb. İnsanlar Ahed Tamimini müdafiə etməlidir deyən aktrisa, yəhudilərə də səslənib.

"Yəhudilər təkcə özləri haqsızlığa düçar olanda ayağa qalxmamalıdır. Həm də bu haqsızlığı edən yəhudi İsrail dövlətinə qarşı da ayağa qalxmalıdır" - Sarah Silverman yazıb. Ötən həftə 30-a yaxın məşhur amerikalı idmançı, aktyor, yazar, rəssam və alim də Ahed Tamimiyə dəstək verərək onun azadlığ çıxması üçün imza kampaniyası başlatmışdılar.

Sosialistlərin əfsanəvi lideri Çe Gevaranın (Che Guevara) yaddaşlardan silinməyən portretini hazırlayan irlandiyalı rəssam Cim Fitzpatrik (Jim Fitzpatrick), Ahed Tamimi üçün də eyni fonda portret hazırlayıb.