Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb


Dünya 20 Fev 2018 22:22:00 239 0

Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

Tehranda Gonabadi dərvişləri adı ilə anılan bir təriqətin üzvlərinin başladığı etiraz aksiyası dağıdılıb

.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bir təriqət üzvləri polis bölməsinin qarşısında toplanaraq həbs olunan təriqət liderinin azadlığa buraxılmasını istəyiblər.

Təhlükəsizlik qüvvələri təriqət üzvlərinin dağılmalarını istəyəndə təriqət üzvləri bir avtobus və bir xüsusi nəqliyyat vasitəsilə təhlükəsizlik qüvvələrinə hücum edib. Hücum zamanı üç polis əməkdaşı, iki nəfər isə "Bəsic" könüllülər briqadasının üzvü ölüb.