Azərbaycanda iki dərmanın satışı qadağan edildi


Digərləri 20 Fev 2018 22:16:00 225 0

Azərbaycanda iki dərmanın satışı qadağan edildi

Allergik reaksiya və şok riskinə görə

Həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə "Bioporoks" və "Sonofaks" kimi dərman vasitələrinin satışı qadağan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.