Taleh Bağırovun silahdaşı hakim qarşısında


Digərləri 20 Fev 2018 22:02:00 292 0

Taleh Bağırovun silahdaşı hakim qarşısında

Müsəlman Birliyi Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Əhsən Nuruzadənin vəkili Fariz Namazlı bir neçə vəsatət qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra məhkəmə istintaqı tamamlanıb və çıxışa hazırlaşmaq üçün prokurora vaxt verilib.