Əsəd bunun bədəlini ağır ödəyər...


Dünya 20 Fev 2018 21:53:00 224 0

Əsəd bunun bədəlini ağır ödəyər...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə sadiq qüvvələrin Afrinə daxil olması ilə bağlı yayılan məlumatları şərh edib.

Son.az axar.az-a istinadən bildirir ki, makedoniyalı həmkarı Gyorge İvanovla görüşündən sonra jurnalistlərin bu yöndə olan suallarını cavablandırıb.

"Bu gün axşam saatlarına doğru oradakı şiə milis qüvvələrindən bəzilərinin pikaplarla Afrinə doğru hərəkətdə olması müəyyən edilib. Top atışlarından sonra onlar geriyə qayıtmağa məcbur oldular. Bu iş hələlik bağlandı. Bilirsiniz ki, bu kimi terror qruplaşmalarının özlərinə görə qəbul etdiyi yanlış qərarları olur. Təbii ki, onlara fürsət verməyimiz mümkün deyil. Bunun bədəlini çox ağır ödəyərlər", - dövlət başçısı bildirib.