Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb


Dünya 20 Fev 2018 21:44:00 279 0

Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

Rusiyaya miqrant axını getdikcə zəifləyir

Ötən il Rusiya əhalisinin sayı 77 400 nəfər və ya 0,05% artaraq 146,9 mln. nəfər təşkil edib.

Son.az "Report"a istinadən bildirir ki, Rusiya Statistika Komitəsinin ("Rosstat") illik hesabatına görə, 2016-cı ildə ölkə əhalisi 259 700, 2015-ci ildə isə 277 400 nəfər artıb.

Hesabatda bildirilir ki, Rusiya əhalisinin təbii azalması 2017-ci ildə 134 400 nəfər təşkil edib. Bu göstərici 2016-cı ildə 5 400, 2015-ci ildə isə 32 700 nəfər artım göstərib.