Azərbaycanda yayılan xəstəlik adi qrip deyil –


Digərləri 20 Fev 2018 21:14:00 261 0

Azərbaycanda yayılan xəstəlik adi qrip deyil –

1 aydan çoxdur ki, əhali arasında kütləvi yayılan, geridönüşlü, təkrarlanan və uzun müddət davam edən, əvvəl həkimlərin mövsümi qrip adlandırıb sanki "boş verdikləri" virus təhlükəli dövriyyəyə qədəm qoyub.

Son.az medicina.az-a istinadən bildirir ki, bəzən gecəyarı belə insanlar aptekə gələrək qızdırma salıcı, öskürək əleyhinə dərmanlar, antibiotiklər, qrip dərmanları, akvamaris kimi preparatlar alır, aptekə gələn hər 10 nəfərdən 5-i isə qripə bənzər virusdan əziyyət çəkir.

Azərbaycan üçün yeni qrip epidemiyası halını alan və sanki bizə yeni, yad olan bu virus xəstəliyi, deyildiyi kimi 3-5 günə yox, 10-15 günə sağalır. Allerqoloq-pulmanoloq Elaza Mikayılzadənin dediyinə görə, həkim özü də 1 aydan çoxdur, bu virusdan əziyyət çəkdiyini etiraf edərək, qəbula gələn pasiyentlərdə də eyni tip virus təyin etdiyini bildirib:

"Azərbaycanda yayılan virus kəskin respirator xəstəliklər qrupuna aid adenovirus infeksiyasıdır.  Daha çox 6 aylıqdan 5 yaşa kimi uşaqları, böyükləri və yaşlı insanları yoluxdurur. İmmuniteti zəif, xroniki xəstəliyi olanlarda xüsusilə kəskin baş qaldırır və ağırlaşmalarla davam edir.

Klinikası: aşağı və yuxarı tənəffüs yollarını, gözlərin selikli qişasını - konyuktivit zədələyir. Badamcıq və limfa düyünlərinin şişkinliyi və böyüməsi nəzərə çarpır. Miokardit, bronxit, angina, sinusit, frontit kimi təzahürlər verir.