Bakıdan Rusiyaya yeni yolla getmək mümkün olacaq


Digərləri 20 Fev 2018 21:17:00 215 0

Bakıdan Rusiyaya yeni yolla getmək mümkün olacaq

Bakıdan Rusiya sərhədinə qədər yeni tikiləcək yolla da getmək mümkün olacaq. Bunun üçün artıq tikinti işlərinə başlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikiləcək yol sürücülərin işini daha da rahatlaşdıracaq. Çəkiləcək 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir.

Yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur. Əsas qəsəbə və rayon mərkəzlərindən magistral yola giriş-çıxış yolları çəkiləcək. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolda heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması da nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisi Əflatun Qasımovun sözlərinə görə, əgər yolun çəkilişi zamanı layihəyə obyektlər və yaşayış elvəri düşərsə sahibinə qurum tərəfindən kompensasiya ödəniləcək.