Bakıda dönər 49 manata satılır VİDEO


Digərləri 20 Fev 2018 21:09:00 295 0

Bakıda dönər 49 manata satılır  VİDEO

İnsanların adətən 2-3 manata aldıqları dönər paytaxtdakı dönərxanaların birində bundan 20-25 dəfə baha qiymətə təklif olunur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, dönərxanaların birində nə az, nə çox - düz 48 manat 90 qəpiyə dönər satılır. Qiyməti baha olsa da, onun xüsusi hazırlanma və təqdim olunma qaydası var. Dönərçi Turan Şahin deyir ki, 48 manat 90 qəpiyə satılan dönərin özəlliyi, ilk növbədə ətin çəkisi ilə bağlıdır. Sözügedən dönər qısa müddətdə hazırlanır, müştərilərə müxtəlif turşu və içkilərlə təqdim edilir.

Dönərçinin sözlərinə görə, gün ərzində bu dönərə sifarişlər az olmur.