Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı durumu müzakirə olunub


Digərləri 20 Fev 2018 18:05:00 244 0

Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı durumu müzakirə olunub

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bakı. Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Aİ və Azərbaycan arasında enerji sektoru ilə bərabər, təhlükəsizlik və nəqliyyat sahəsində dialoq mexanizminin yaradılması əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirilib. Tərəflər Azərbaycan və Aİ arasında tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlara toxunublar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbəti məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin