XİN: Hərbi diktatura rejimi Azərbaycan ərazilərinin işğalının Ermənistanın bugünkü strateji uğursuzluğunu şərtləndirdiyini etiraf etməlidir


Digərləri 20 Fev 2018 17:37:00 229 0

XİN: Hərbi diktatura rejimi Azərbaycan ərazilərinin işğalının Ermənistanın bugünkü strateji uğursuzluğunu şərtləndirdiyini etiraf etməlidir

Ermənistan prezidentinin terrorçu Monte Melkonyandan fəxarətlə iqtibas gətirməsi Ermənistan hakimiyyətinin və 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl mahiyyətini sübut edir.

Bakı. Ermənistan prezidentinin qondarma rejimə ünvanladığı təbrikdə erməni terror təşkilatı ASALA üzvü və onlarla günahsız insanların terror yolu ilə qətlində iştirak etmiş beynəlxalq terrorçu Monte Melkonyandan fəxarətlə iqtibas gətirməsi Ermənistan hakimiyyətinin və 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl mahiyyətini sübut edir. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbrikini Trend-ə şərh edərək bildirib H.Hacıyevin sözlərinə görə, terrorçu Monte Melkonyanla birlikdə səhra komandiri kimi fəaliyyətə başlayan və bu təfəkkürdən hələ də ayrılmayan Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror, hərbi işğal, qanlı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin nəticələrini nailiyyət kimi təqdim edir: "Özü-özünü və erməni xalqını aldatmaq əvəzinə, Ermənistanın hərbi diktatura rejimi Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi və Azərbaycan ərazilərinin hərbi işğalının Ermənistanın bugünkü strateji uğursuzluğunu şərtləndirdiyini etiraf etməlidir. Belə ki, - Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müvəqqəti və taktiki işğalı Ermənistanın geosiyasi və geoiqtisadi təcridini və strateji məğlubiyyətini şərtləndirərək, onu regional layihələrdən kənarda qoyub və bu ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resurslarını tükətməkdədir. Həmçinin suveren dövlət kimi, Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub; - Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatları, qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və ikili sənədlərində təsbit olunub;