Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər


Digərləri 20 Fev 2018 17:00:00 197 0

Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

Özbəkistan Prezidenti Şavkat Mirziyayev Azərbaycana rəsmi səfər edə bilər

Bakı. Özbəkistan Prezidenti Şavkat Mirziyayev Azərbaycana rəsmi səfər edə bilər. Trend-in məlumatına görə, bunu Özbəkistan-Azərbaycan biznes forumu zamanı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib. Səfir qeyd edib ki, səfərin dəqiq tarixi məlum olmasa da, may ayının sonunda gözlənilir. O əlavə edib ki, səfər zamanı neft-qaz, kənd təsərrüfatı, sənaye, qida sənayesi, tikinti materialları sənayesi kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. İki ölkə arasında birbaşa aviareyslərin tezliyinin artırılması məsələsi həll oluna bilər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin