“Garabag Resorts&Spa” oteli dünyaca məşhur onlayn bronlaşdırma resursunun fəxri mükafatına layiq görülüb (FOTO)


Digərləri 20 Fev 2018 15:51:00 316 0

“Garabag Resorts&Spa” oteli dünyaca məşhur onlayn bronlaşdırma resursunun fəxri mükafatına layiq görülüb (FOTO)

“Garabag Resorts&Spa” dünyaca məşhur onlayn bronlaşdırma resursu “Booking.com”un nüfuzlu “Guest Review Award 2018” mükafatına layiq görülüb.

Bakı. Azərbaycanın ən müasir və dəbdəbəli otellərindən biri – “Garabag Resorts&Spa” dünyaca məşhur onlayn bronlaşdırma resursu “Booking.com”un nüfuzlu “Guest Review Award 2018” mükafatına layiq görülüb. Trend-in məlumatına görə, otel mümkün 10 baldan 9,4 balla “Mükəmməl” səviyyəsində mövqeyini inamla qoruyur və buna görə “Garabag Resorts&Spa” rəylərini bölüşən qonaqlara öz minnətdarlığını bildirir. “Garabag Resorts&Spa” otelinin baş meneceri Elçin Zeynalabdin bildirib: “Hər bir ziyarətçinin otelimiz ilə bağlı gözəl təəssüratlarının yaranması bizim üçün çox vacibdir. Kollektivimiz ən yüksək səviyyədə xidmət göstərməyə çalışır və biz şadıq ki, “Garabag Resorts&Spa” qonaqlarımızın əksəriyyətinin gözləntilərini doğruldur. Həm “Booking.com”, həm də veb-saytımız vasitəsilə paylaşılan rəylər bunu bir daha vurğulayır”.