Milli Məclisin mart ayında keçiriləcək iclaslarının vaxtı məlum olub


Digərləri 20 Fev 2018 14:34:50 147 0

Milli Məclisin mart ayında keçiriləcək iclaslarının vaxtı məlum olub

Gələn ay üç iclas keçiriləcək

Azərbaycan Milli Məclisinin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı açıqlanıb.

“Report”un xəbərinə görə, toplantıların martın 6-da, 16-da və 30-da keçirilməsi planlaşdırılır.

Martın 16-da keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı baş nazir Artur Rasi-zadənin təqdim edəcəyi gözlənilir.

Martın 30-da keçiriləcək iclas isə 31 Mart soyqırımının 100 illiyinə həsr ediləcək.