“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb


Digərləri 20 Fev 2018 14:06:00 334 0

“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi "Kitabi Dədə Qorqud" dastanının Vatikan nüsxəsi "XAN" nəşriyyatının "Milli ədəbiyyat" silsiləsində çap olunacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, dastanın Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir.

"Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri" adlanan bu nüsxə ilk dəfə əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim ediləcək.