Dilimizə hansı dillərin daha çox təsir göstərdiyi açıqlandı FOTO


Digərləri 20 Fev 2018 13:53:00 264 0

Dilimizə hansı dillərin daha çox təsir göstərdiyi açıqlandı  FOTO

AMEA Nəsimi adına Dilçilik İnstitutu Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Dilçilik İnstitutunun əməkdaşları dilçilər və başqalar iştirak edib. 

M.Nağısoylu Ana dili gününün tarixi barədə məlumat verib. O, Azərbaycan dilinin bi günü barədə geniş danışıb və bildirib ki, Ana dili körpəlikdən hər bir vətəndaşa öyrədilməli və sevdirilməlidir: "Bu isə ilk olaraq ailədən asılıdır". 

Yeni hazırlanan Orfoqrafiya qaydalarının layihəsinə toxunan direktor qeyd edib ki, hazırda İşçi qrupu irəli sürülən təkliflər üzərində işləyir: "İşlər bitən kimi, layihə Orfoqrafiya Komissiyasına təqdim olunacaq". 


Xəbərə aid fotolar