Bacılar vida videosu çəkib intihar etdilər VİDEO


Dünya 20 Fev 2018 13:35:00 239 0

Bacılar vida videosu çəkib intihar etdilər  VİDEO

19 fevral tarixində Rusiyaın İjevsk şəhərində 2 yeniyetmə qızın cəsədi aşkarlanıb.

Son.az xəbər verir ki, ölən qızlardan birinin 12 digərinin isə 15 yaşı olub və verilən məlumata görə onlar ögey bacılar olublar.

Qızlardan biri ölməmişdən öncə İntagram-da bacısı ilə birlikdə olan foto və videosunu paylaşıb, yaxınlarından onları incitdikləri üçün üzr istəyib.

Görüntülərin altında isə şərhçilər qızların dostlarından heç birinin onların intihar etmək istədiklərini başa düşməməsinə qəzəblənib.