Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun!


Digərləri 20 Fev 2018 12:33:00 221 0

Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun!

Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olan dərmanlardır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, çox zaman insanlar həmin preparatları həkimin təyinatı əsasında alsalar da, həkim məsləhəti olmadan, sərbəst şəkildə verdikləri qərar əsasında dozanı aşırlar: "Belə dərmanları intihar məqsədilə də içirlər və xəstəxanaya dərmandan zəhərlənmə diaqnozu ilə qeydiyyata düşürlər".