Əfqanıstanda buraxılış məntəqəsinə hücum nəticəsində 8 polis ölüb


Dünya 20 Fev 2018 11:41:08 249 0

Əfqanıstanda buraxılış məntəqəsinə hücum nəticəsində 8 polis ölüb

"Taliban" yaraqlıları Şamalgah və Fərahrod yaşayış məntəqəsində yerləşən NBM-lərə hücum ediblər

Əfqanıstanın qərbindəki Fərah vilayətində "Taliban" hərəkatı silahlılarının iki Nəzarət-Buraxılış Məntəqəsinə (NBM) hücumları nəticəsində 8 polis ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, region administrasiyasından Şamalgah və Fərahrod yaşayış məntəqəsində yerləşən NBM-lərə hücum edildiyi bildirilib.

Məlumata görə, Şamalgahda 3, Fərahrodda 5 polis qətlə yetirilib. Eyni zamanda "Taliban"ın 15 silahlısı öldürülüb.