SOCAR AQŞ Banqladeşdə 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq


Digərləri 20 Fev 2018 10:32:00 208 0

SOCAR AQŞ Banqladeşdə 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq

SOCAR AQŞ Banqladeşdə 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq.

Bakı. SOCAR AQŞ Banqladeşin BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderin qalibi olub və Banqladeş ərazisində 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq. SOCAR-dan Trend-ə verilən məlumata görə, Banqladeş hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin baş katibi Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin katibi Nazimuddinin Çoudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşüblər. Görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandumu baş direktorun Əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və BAPEX şirkətinin baş meneceri İslam Muhəmməd Novşad imzalayıblar. Qeyd edək ki, SOCAR AQŞ daha əvvəl BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının "Semutang-Cənub-1", "Begumganj-4" və "Madarganj-1" qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcək. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq. Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir.