Azərbaycandan İrana keçmək istəyən 6 qanunsuz miqrant saxlanılıb


Digərləri 20 Fev 2018 10:10:00 217 0

Azərbaycandan İrana keçmək istəyən 6 qanunsuz miqrant saxlanılıb

Azərbaycandan İrana keçmək istəyən 6 qanunsuz miqrant saxlanılıb.

Bakı. Samir Əli - 2 halda Orta Asiya ölkələrinin vətəndaşları olan 6 nəfər qanunsuz miqrantın Azərbaycanın dövlət sərhədini pozmaqla İran ərazisinə keç­mək cəhdinin, 1 halda külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbay­candan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub, dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilmiş, onlardan 4 nəfər qa­dının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib. Həmin tarixdə Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran isti­qamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 nəfər Özbəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı olan qadınlar saxla­nılıb.