Bəy öz toyuna gedə bilmədi


Dünya 20 Fev 2018 09:53:00 245 0

Bəy öz toyuna gedə bilmədi

Rusiyanın Krasnoyarsk şəhərinin sakini Özbəkistana öz toyuna gedə bilməyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Məhkəmə qərarına əsasən, 60 min rubl məbləğində cərimə ödəməli olan gənc oğlana ölkədən çıxma qadağası qoyulub. O, bu barədə hava limanında Özbəkistana uçmaq istəyən zaman öyrənib.