Windows 10 daha məhsuldar olacaq


Digərləri 20 Fev 2018 08:25:00 251 0

Windows 10 daha məhsuldar olacaq

"Microsoft" korporasiyası "Windows 10 Insider" test proqramının iştirakçıları üçün növbəti yeniləməni təqdim edib. İşçi stansiyalar üçün yeni "Windows 10 Pro" test quraşdırmasında yüksək məhsuldarlıqlı rejim üçün "Ultimate Performance" adlı funksiya yer alıb.   Son.az ICTnews-a istinadən bildirir ki, funksiyaya enerjinin sazlanması bölməsində rast gəlmək mümkündür. "Ultimate Performance" rejimindən kompüterin enerji sərfiyyatından daha çox maksimal məhsuldarlığı vacib olan zaman istifadə etmək olar. Funksiyanı həm qurğu istifadəçiləri, həm də sonuncu istifadəçilər seçə bilər. Lakin funksiya batareyadan enerji alan sistemlər üçün nəzərdə tutulmayıb.   Rejimdən digər yeni imkanlarla yanaşı, mart və ya apreldə buraxılacaq "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsində yararlanmaq mümkün olacaq.