Hadisə göz YAŞLARI İÇİNDƏ: "Edam geri gəlsin"


Digərləri 19 Fev 2018 23:42:00 270 0

Hadisə göz YAŞLARI İÇİNDƏ: "Edam geri gəlsin"

"Qanunlar dəyişsin, edam geri gəlsin!"

Son.az xəbər verir ki, bu sözləri müğənni Gülşən, Hadisə və Fərhad Köçər deyib. Onlar son dövrlərdə uşaq təcavüzlərinin artmasına etirazlarını bildirib. Üç müğənni Ədliyyə Nazirliyinə müraciət edərək qanunların dəyişdirilməsini və edamın geri qaytarılmasını tələb edib.

Göz yaşlarını saxlaya bilməyən Hadisə mətbuat nümayəndələrinə verdiyi açıqlamada ölüm cəzasının geri gəlməsini istədiyini deyib:

"Cənab Prezidentimiz, Baş nazirimiz və Ədalət nazirimizə müraciət edirəm və xahiş edirəm ki, qanunlar dəyişsin. Kiçik uşaqlara təcavüz edən adamlar yaşamasın. Çox səmimi deyirəm, edam geri gəlsin. Biz sənətkarlar bu məsələdə birlik olmalıyıq. Biz bir araya gəlib Prezidentimiz və Ədliyyə nazirimizin yanına getsək, bəlkə nə isə dəyişər".