BMT: Suriyanın Duma şəhərində gün ərzində 30 nəfər həlak olub


Dünya 19 Fev 2018 23:45:00 268 0

BMT: Suriyanın Duma şəhərində gün ərzində 30 nəfər həlak olub

Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Duma şəhərinin atəşə tutulması nəticəsində 30 nəfər həlak olub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Fərhan Hak bildirib.

"Bu gün Dumanın atəşə tutulması və endirilən hava zərbələri nəticəsində 30 nəfər ölüb. Fevralın 15-dən Şərqi Qutanın müntəzəm olaraq atəşə tutulması nəticəsində qadın və uşaqlar daxil olmaqla, çox sayda dinc sakin həyatını itirib", deyə F.Haq qeyd edib.