Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 19 Fev 2018 23:14:20 237 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,21 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,94 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 65,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,4 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,14 dollar/barel çoxdur.